Son 6 ildə Azərbaycanda nə qədər bal istehsal olunub və neçəyə satılıb?


Ötən il Azərbaycanda 30 min 601 təsərrüfatda mövcud olan 597 min arı ailəsindən 5 min 166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, balın 1 kiloqramının orta topdansatış qiyməti 28,6 manat, mumun 16,5 manat, vərəmumun 109,7 manat, güləmin 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub.
Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə bal istehsalı 616,3 ton artsa da, əvvəlki 4 ilin ən aşağı səviyyəsinə düşüb. Son bir ildə 1 kiloqram balın orta satış qiyməti isə 2,8 manat bahalanıb.

Qeyd edək ki, Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top