Saakaşviliyə 9 il iş verildi


Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 9 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Məlumata görə, məhkəmə Saakaşvilini dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilib. Sönbət 3,2 milyon dollardan çox mənimsəmədən gedir.
Hökmü hakim Badri Koçlamazaşvili oxuyub. Məhkəmə Saakaşvilinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı da təqsirli bilib, lakin o, yalnız 3000 lari (1000 dollardan çox) cərimə ilə azadlığa çıxıb.
Hökmün elan edildiyi iclasda Saakaşvili iştirak etməyib. Hakimin sözlərinə görə, sabiq prezident səhhəti ilə əlaqədar iclasda iştirak etmək istəməyib. Hökm məhkəmə zalında Saakaşvilinin tərəfdarlarının narazılığına səbəb olub və məhkəmə icraçıları onları kənarlaşdırmalı olub.
Qeyd edək ki, Saakaşvili 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub. Baş Prokurorluğun məlumatına görə, bu məbləğin əhəmiyyətli hissəsi 2009-2012-ci illərdə siyasətçinin şəxsi ehtiyaclarına sərf edilib.

DİGƏR XƏBƏRLƏR

Top