Bu yollarda sıxlıq var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
 3. “20 Yanvar” dairəsində;
 4. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
 5. Babək prospekti, mərkəz istiqamətində;
 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
 10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
 11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 12. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top