Kiyevdə Trampın adını daşıyan kafelərin adını dəyişdirdilər


Kiyevdə ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılan iki kafenin adı dəyişdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, söhbət bir-birindən bir kilometr yarım məsafədə yerləşən “Trump Coffee Bar” və “Trump Pizza Station”dən gedir.
Müəssisələrin sahibləri Ağ Ev rəhbərinin Ukraynaya silah tədarükünü dayandırmasından sonra Amerika liderinin adı olan lövhələri çıxarmaq qərarına gəliblər.
Kafe işçiləri məsələyə şərh verməkdən imtina ediblər.
Nəşrin məlumatına görə, kafelərin yeni adları bu ayın sonunda açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top