
Britaniyanın nüfuzlu “Give me Sport” portalı Çempionlar Liqası tarixinin ən yaxşı qapıçılarının reytinqini dərc edib.
Yeniavaz.com xəbər verir ki, birinci yeri karyerası ərzində iki dəfə turnirin qalibi olan “Bavariya”nın qapıçısı Manuel Noyer tutub.
Onu “Real Madrid”in qapıçısı, əsas avrokubokların dördqat qalibi İker Kasilyas izləyib.
“Mançester Yunayted”in keçmiş qapıçısı Edvin van der Sar isə üçüncü olub.
“Çelsi”də çıxış edən çexiyalı Petr Çex dördüncü, “Yuventus”da çıxış edən italiyalı Canluici Buffon beşinci yerdə qərarlaşıb.
“Barselona”nın qapıçısı Viktor Valdes isə altıncı olub.
Növbəti sırada Keylor Navas, Oliver Kan, Nelson Dida, Tibo Kurtua və Alisson Bekker yer alıb.