22 yaşlı şahzadə vəfat etdi


Lüksemburq şahzadəsi Frederik nadir genetik xəstəliklə uzun sürən mübarizədən sonra martın 1-də 22 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya TMZ portalı tərəfindən dərc edilən rəsmi açıqlamada bildiriblər.
Gənc şahzadə fevralın 28-də yaxınları ilə vidalaşdıqdan sonra şənbə günü vəfat edib.
Frederikə 14 yaşında maddələr mübadiləsinə təsir edən nadir genetik xəstəlik olan mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, hüceyrə orqanoidlərinin - mitoxondrilərin disfunksiyası nəticəsində yaranan xəstəlikdir.
Şahzadədən sonra böyük qardaşı Aleksandr və bacısı Şarlotta qalıb.
24 dekabr 2024-cü ildə Milad müraciətində o, taxt-tacdan imtina etmək və onu Böyük Düşes Stefani ilə evli olan Böyük Hersoq Qiyoma ötürmək niyyətində olduğunu bildirib. Onlar iki varis yetişdirirlər: Lüksemburqlu Çarlz və Fransua.

DİGƏR XƏBƏRLƏR

Top