İsrail Qəzzaya hava zərbələri endirdi


İsrail müdafiə qüvvələri (IDF) Qəzza zolağına hava zərbələri endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava zərbələri ilə anklavın şimal hissəsində bir qrup fələstinli radikal hədəf alınıb.
“Bu gün səhər saatlarında, Qəzzanın şimalında IDF əsgərlərinin yaxınlığında yerə partlayıcı qurğu yerləşdirməyə cəhd edən bir neçə terrorçu aşkarlanıb. İsrail Hərbi Hava Qüvvələri terrorçuların yerləşdiyi əraziyə zərbələr endirib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top