““Starlink”i söndürsəm, Ukraynanın bütün cəbhə xətti dağılacaq”


ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən milyarder, “SpaceX”in sahibi,  İlon Mask bildirib ki, “Starlink” peyk rabitə sistemi Ukrayna ordusunun onurğa sütunudur.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə özünün “X” hesabında yazıb.
“Mən Putini (Rusiya Prezidenti Vladimir Putin – red.) sözün əsl mənasında Ukrayna üzərində təkbətək fiziki döyüşə çağırdım. Mənim “Starlink” sistemim Ukrayna ordusunun onurğa sütunudur. Mən onu söndürsəm, onların bütün cəbhə xətti dağılacaq.
Məni əsəbiləşdirən, Ukraynanın qaçılmaz olaraq uduzacağı “dalana dirənmiş qırğındır”.
Həqiqətən maraqlanan, həqiqətən düşünən və həqiqətən başa düşən hər kəs ətçəkən maşının dayanmasını istəyir.
Sülh, indi!” - deyə Mask bildirib.

DİGƏR XƏBƏRLƏR

Top