
Azərbaycanın 32 yaşlı MMA döyüşçüsü Rafael Fiziyev yüngül çəki dərəcəsində amerikalı Castin Qetjiyə məğlub olub.
Yeniavaz.com xəbər verir ki, Las-Veqasda (ABŞ) Mütləq Döyüş Çempionatı (UFC) çərçivəsində baş tutan görüş üç raund davam edib.
Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı hər üç raundda eyni xal fərqi ilə Fiziyevdən üstün olub – 29-28, 29-28, 29-28.
Qeyd edək ki, Rafael Fiziyev 2023-cü ilin martında UFC 286 turnirində də Castin Qetjiyə uduzmuşdu.