Mərmərə dənizində konteyner gəmisi tankerlə toqquşdu


Türkiyənin İstanbul şəhərinin Bəylikdüzü sahilində “Orita” konteyner gəmisi “Mia” tankerinə çırpılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlıumata görə, toqquşma nəticəsində 270 metrlik “Mia” gəmisinin ballast çəni zədələnib.
Zədə nəticəsində çirklənmiş su dənizə axıb. Buna baxmayaraq, neft sızmasının qarşısı alınıb.
Hadisə yerinə yedək gəmiləri göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top