Ermənistanda zəlzələ oldu


Bu gün səhər Spitak şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ martın 8-də saat 09:26-da Spitak şəhərindən 6 kilometr şimal-şərqdə ərazi seysmik mühafizə xidməti tərəfindən qeydə alınıb.
Yeraltı təkanların mənbəyi 10 kilometr dərinlikdə yerləşib.
Episentrdə zəlzələnin maqnitudası 6-7 bal olub.
Yeraltı təkanlar Lori, Tavuş və Şirak rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal gücündə hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top