Vedat Milor haqqında araşdırma aparılır


Türkiyə Ticarət Nazirliyi İstanbul Böyükşəhər Bələdiyyəsinə aid Üsküdar "Kent Restoranı"nı ziyarət edən və çəkdiyi videonu “YouTube”da yayımlayan qurman Vedat Milordan “gizli reklam” səbəbi ilə yazılı açıqlama tələb edib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Vedat Milor “YouTube” kanalında “40 lirəyə 4 yemək: Bu qiymət realdırmı?” başlıqlı video yayımlayıb.
Türkiyə Ticarət Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsi videonun Ticarət Reklamı və Haqsız Ticarət Tətbiqləri Qaydasını pozması səbəbilə araşdırma başladıb.
Nazirlik məsələ ilə bağlı məşhur qurmandan yazılı izahat tələb edib.
Nazirlikdən verilən məlumata görə, Milorun videosunda “Kent Restoranı” ilə bağlı müsbət ifadələr və restoran haqqında ətraflı məlumat “gizli reklam” kimi qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top