Baydenin Ukrayna ilə imzaladığı müqavilə Ağ Evin saytından silinib – KİV


Ağ Evin saytında artıq Ukrayna ilə təhlükəsizlik müqaviləsi səhifəsi göstərilmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Strana.ua” nəşri öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, səhifəyə keçməyə çalışarkən “Xəta 404” mesajı göstərilir.
Sənədin ləğvi ilə bağlı rəsmi məlumat yoxdur.
ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukrayna ilə 10 il müddətinə qüvvədə olan müqaviləni 2024-cü ilin yayında imzalayıb. Sənəddə bildirilir ki, ABŞ on il ərzində Ukrayna tərəfini hərbi məhsullar və kəşfiyyat məlumatları ilə təmin edəcək, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçəcək və respublikanın hərbi-sənaye kompleksini inkişaf etdirəcək.
Qeyd edək ki, martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Bu qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mübahisədən sonra verilib.
Kiyev Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyənə qədər ABŞ-nin Ukraynaya kömək edəcəyi gözlənilmir. O vaxta qədər ABŞ Polşadan tranzit keçən silahlar da daxil olmaqla, bütün hərbi yardım çatdırılmasını dayandıracaq.

DİGƏR XƏBƏRLƏR

Top