Rıza Kayaalp 4 illik diskvalifikasiya edildi


Beynəlxalq Dopinq Test Agentliyi (ITA) yunan-roma güləşi üzrə beşqat dünya çempionu, türkiyəli güləşçi Rıza Kayaalpı 4 illik diskvalifikasiya edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, idmançı 2028-ci il iyunun 30-dək yarışlardan kənarlaşdırılıb.
Belə ki, ondan 28 may 2024-cü il tarixdə trimetazidin üçün götürülən dopinq testi müsbət çıxıb. Nəticədə, Kayaalpın həmin tarixdən bütün nəticələri ləğv edilib. O, bu səbəbdən Paris Olimpiadasında da iştirak edə bilməyib.
Qeyd edək ki, 35 yaşlı Kayaalp 2016-cı il Rio-de-Janeyro Olimpiadasının gümüş mükafatçısıdır. Onun hesabında həmçinin iki bürünc olimpiya medalı da var (2012, 2020). Kayaalp 5 qat dünya, 12 qat Avropa çempionudur.

DİGƏR XƏBƏRLƏR

Top