“28 May” metrostansiyasında qatarda nasazlıq yarandı


“28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top