
Sumqayıtda üçmərtəbəli tikilinin sonuncu mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 540 kvadratmetr olan tikilinin taxta konstruksiyalardan ibarət üçüncü mərtəbəsi əşyaları ilə birgə 180 kvadratmetr sahədə yanıb.
Tikilinin birinci və ikinci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
*** 13:04
Sumqayıtda narkotik asılılığı olan şəxslər üçün nəzərdə tutulmuş Reabilitasiya Mərkəzi yanır.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.