
ABŞ Prezidenti Donald Trampın yaxın ətrafının yüksək vəzifəli nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi əsas siyasi rəqibləri, o cümlədən “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ilə gizli görüşlər keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın tərəfdaşları Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasının yüksək vəzifəli nümayəndələri ilə də belə görüşlər keçiriblər.
Mənbələrin bildirdiyinə görə, müzakirələrdə yaxın vaxtlarda Ukraynada prezident seçkilərinin keçirilməsinin mümkünlüyü müzakirə olunub.
Qeyd edək ki, Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb.
Xatırldaq ki, fevralın 18-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, Zelenskinin reytinqi 4%-ə düşüb və Ukrayna nizamlanma üçün danışıqlar masasında yer almaq istəyirsə, seçki keçirməlidir. Ertəsi gün Tramp Zelenskini səs verməkdən imtina etdiyinə görə diktator adlandırıb və onun reytinqlərinin çox aşağı olduğuna işarə edib.
Tətbiqimizi yükləyə bilərsiniz