
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun meri Muriel Bouzerə Vaşinqtondan evsizlərin çadılarını yığışdırmağı əmr edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“Biz Vaşinqtonun merini xəbərdar etdik ki, o, şəhərdəki bütün evsizlərin qurduğu düşərgələri, xüsusən də, Dövlət Departamentinin və Ağ Evin yaxınlığında yerləşən düşərgələri təmizləsin”, - dövlət başçısı bildirib.
Tramp əlavə edib ki, əgər mer bu tapşırığın öhdəsindən gələ bilməsə, “biz bunu onun üçün etməyə məcbur olacağıq”. Tramp həmçinin deyib ki, Vaşinqton təmiz və təhlükəsiz şəhər olmalıdır.
“Biz böyük paytaxtımızla yenidən fəxr etmək istəyirik”, - Tramp sözlərini yekunlaşdırıb.