“Apple” Britaniya hökumətini məhkəməyə verdi


“Apple” bu gün Böyük Britaniya hökumətinin şifrələnmiş “iCloud” istifadəçi məlumatlarına açıqlanmayan giriş tələbinə etiraz edərək Böyük Britaniyanın İstintaq Səlahiyyətləri Tribunalına iddia qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, bu ilin əvvəlində Böyük Britaniya hökuməti İstintaq Səlahiyyətləri Aktından istifadə edərək, “Apple”dan bütün dünyada “iCloud”da saxlanılan şifrələnmiş istifadəçi məlumatlarına gizli giriş imkanı verən arxa qapı yaratmağı xahiş edib. “Apple” bu tələbi yerinə yetirməkdən imtina edib.
Əvəzində, “Apple” hökumətə şifrələnmiş məlumatlara giriş icazəsi verməmək üçün Böyük Britaniyada “iCloud” istifadəçiləri üçün Təkmilləşdirilmiş Məlumat Qorumasını söndürmək qərarına gəlib. “Enhanced Data Protection” “iPhone”, “iPad” və “Mac” istifadəçilərinin “iCloud”da saxlanmış məlumatları üçün başdan-başa şifrələməni təmin edib.
“Apple”ın istifadəçilərin məxfiliyini qorumaq üçün Böyük Britaniyanın tələblərinə qarşı fəal mübarizə aparacağı gözlənilir. Şirkətin iddiasına bu ay kimi baxılmağa başlaya bilər. Qanuni müddəalara görə, “Apple”a Böyük Britaniya hökumətinin iddialarını açıq şəkildə müzakirə etməyə icazə verilmir, buna görə də məhkəmə ictimaiyyətə xəbərdarlıq edilmədən keçirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top