
Ötən gün şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin istintaqa çağırıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.
Bildirilib ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
“Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - mətbuat orqanının məlumatında deyilir.
Qeyd edək ki, martın 4-də Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.