
İtaliyanın “Roma” klubunun baş məşqçisi Klaudio Ranyeri UEFA tərəfindən 20 min avro məbləğində cərimələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, Ranyeri hakimin İtaliya komandasına qarşı qərəzli olduğunu və “Roma”nın yarımmüdafiəçisi Brayan Kristantenin meydandan qovulmasından narazı olduğunu irəli sürüb.
73 yaşlı mütəxəssisin tənqidi Roberto Rosettiyə də şamil edilib. Məşqçi matç üçün Stileri seçmək qərarını şübhə altına alıb. O qeyd edib ki, Stilerin hakimlik etdiyi əvvəlki 22 qarşılaşmada qonaq komandalar cəmi 9 oyunda heç-heçə edib, digər oyunların hamısında meydan sahibləri qalib gəlib.