
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
Altun bildirib ki, Prezident Kompleksində keçiriləcək danışıqlarda cari regional və qlobal hadisələr, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Qeyd edilib ki, səfər münasibətilə 25 sentyabr 2023-cü il tarixində təməli Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz