Tramp Ukraynaya hərbi yardımın dayandırılmasını müzakirə edəcək


ABŞ Prezidenti Donald Tramp martın 3-də milli təhlükəsizlik komandası ilə Ukrayna barədə müzakirələr aparmaq üçün görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti amerikalı məmura istinadla məlumat yayıb.
Onun sözlərinə görə, sursat və hərbi texnikanın tədarükü də daxil olmaqla, ABŞ-nin əvvəlki administrasiyası dövründə razılaşdırılmış Kiyevə hərbi yardımın dayandırılması və ya ləğv edilməsi müzakirə ediləcək.
Nəşrin mənbəsi bildirib ki, görüşdə ABŞ dövlət katibi Marko Rubio və ölkənin müdafiə naziri Pit Heqset iştirak edəcək.
Qeyd edək ki, fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub.
Jurnalistlərin iştirakı ilə söhbət zamanı onların arasında mübahisə yaranıb. Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz münasibətdə ittiham edib. Amerikanın vitse-prezidenti Ceyms Devid Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib.
Onların görüşündən sonra keçirilən mətbuat konfransı ləğv edilib. Həmçinin, ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin imzalanması baş tutmayıb.

DİGƏR XƏBƏRLƏR

Top