
“Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkilərinin satışıdır”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, enerji içkilərinin satışına hansısa məhdudiyyət gətirilməlidir:
“Bu içkilərdən istifadə edənlərdə 22-25 yaşlarda şəkər xəstəliyi baş qaldırır, tükənmə hissi yaranır. Bu içkiləri içənlərin övladları olmur, ondan genefondu qurutmaq üçün istifadə olunur”.
Tətbiqimizi yükləyə bilərsiniz