
Siyəzən rayonunda, Bakı-Quba yolunda (ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) “Mercedes” markalı yük avtomobilinin qoşqusunda olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.
Qeyd olunub ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.