
Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı məlumatı “Trend”ə siqaret satışı ilə məşğul olan şəxslər verib.
Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb.
Məlumata görə, “LD”, “Winston” və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 20 qəpik bahalaşıb.
“Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz