
Amerika Kino Sənəti və Elmləri Akademiyası yeni “Oskar” qaliblərini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Los-Ancelesdəki Dolby Teatrında Akademiya Mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Mərasim ABC telekanalı tərəfindən canlı yayımlanıb.
97-ci dəfə baş tutan mərasimdə qaliblər 23 nominasiya üzrə müəyyən edilib.
Nominasiyalar üzrə laureatların siyahısı aşağıdakı kimi formalaşıb:
“Ən yaxşı film” – “Anora”;
“Ən yaxşı rejissor” – Şon Beyker (“Anora”);
“Ən yaxşı aktrisa” – Mayki Medison (“Anora”);
“Ən yaxşı aktyor” – Edrien Broudi (“Brutalist”);
“Ən yaxşı mahnı” – El Mal (“Emiliya Peres”);
“Ən yaxşı musiqi” – “Brutalist”;
“Ən yaxşı ikinci plan kişi rolu” – Kiran Kalkin (“Əsl ağrı”);
“Ən yaxşı xarici film” – “Mən hələ də buradayam” (Braziliya);
“Ən yaxşı uyğunlaşdırılmış ssenari” – Piter Stroxan (“Konklav”);
“Ən yaxşı orijinal ssenari” – Şon Beyker (“Anora”);
“Ən yaxşı ikinci plan qadın rolu” – Zoi Saldana (“Emiliya Peres”);
“Ən yaxşı animasiya filmi” – “Axın”;
“Ən yaxşı operator işi” – “Brutalist”;
“Ən yaxşı montaj” – “Anora”;
“Ən yaxşı quruluşçu rəssam” – “Qəzəbli: Qərb Cadugərinin Nağılı”;
“Ən yaxşı sənədli film” – “Başqa torpaq yoxdur”;
“Ən yaxşı qrim və saç düzümü” – “Substansiya”;
“Ən yaxşı kostyum dizaynı” – “Qəzəbli: Qərb Cadugərinin Nağılı”;
“Ən yaxşı səs” – “Dyuna: İkinci hissə”;
“Ən yaxşı vizual effektlər” – “Dyuna: İkinci hissə”;
“Ən yaxşı qısametrajlı animasiya filmi” – “Sərv kölgəsində”;
“Ən yaxşı qısametrajlı sənədli film” – “Orkestrdə yeganə qız”;
“Ən yaxşı qısametrajlı film” – “Mən robot deyiləm”.