
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı həbsdə olan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş lideri Səlahəddin Dəmirtaşa telefonla zəng edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın “PKK-nın özünü buraxması” ilə bağlı müraciətindən sonra Dəmirtaş məqalə yazaraq Prezident Rəcəb Tayyib Ərdoğan, Baxçalı və Öcalana işarə edərək, “Bu üç liderin uğurlu olması üçün əlimdən gələni edəcəyəm” deyib.