III Çarlz Zelenski ilə görüşəcək – Hökumət xahiş edib


Böyük Britaniya kralı III Çarlz hazırda Londonda olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Zelenskinin mətbuat katibi Sergey Nikiforovun sözlərinə görə, görüş bazar günü, martın 2-də baş tutacaq.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti ilə kral arasında görüş nəzərdə tutulmayıb. BBC mənbələrinin məlumatına görə, Britaniya hökuməti III Çarlzdan Zelenskiyə dəvət göndərməyi xahiş edib.
Xatırladaq ki, Zelenski Böyük Britaniyaya ABŞ-dən uçub. Orada o Prezident Donald Trampla görüşüb. Görüş zamanı jurnalistlərin iştirakı ilə şifahi mübahisə baş verib, bundan sonra Zelenski təbii sərvətlərlə bağlı hazırlanmış sazişi imzalamadan oranı tərk etmək məcburiyyətində qalıb.
Fevralın 27-də Kir Starmer Vaşinqtona səfəri zamanı Trampa III Çarlzdan Böyük Britaniyaya səfər etmək və kralla görüşmək dəvətini çatdırıb. Tramp dəvəti qəbul edib. Onun səfərinin tarixləri hələ müəyyən edilməyib.
Zelenski və III Çarlz kralın taxta çıxmasından sonra iki dəfə görüşüblər. İlk görüş 2023-cü ilin fevralında, ikinci görüş 2024-cü ilin iyulunda baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top