Zelenski ötən gün Trampa nə hədiyyə edib?


Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evə səfəri zamanı ABŞ Prezidenti Donald Trampa hədiyyə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNN məlumat yayıb.
Bildirilib ki, Zelenski Trampa ukraynalı boksçu Aleksandr Usikın çempionluq kəmərini gətirib. Səfər zamanı kəmər Ukrayna nümayəndə heyətinin yanında olub.
Xatırladaq ki, fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gedib. Siyasətçilər arasında mübahisə yaranıb. Tramp Zelenskiyə qarşı çoxsaylı iddialar irəli sürüb və Ukrayna Prezidenti Ağ Evi erkən tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top