
ABŞ Prezidenti Donald Tramp gələn cümə, martın 7-də Ağ Evdə ilk kriptovalyuta sammitinə ev sahibliyi edəcək.
Yeniavaz.com bu barədə Ağ Evə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, sammitdə kripto sənayesinin tanınmış təsisçiləri, baş direktorları və investorları, həmçinin Prezidentin Rəqəmsal Aktivlər üzrə İşçi Qrupunun üzvləri iştirak edəcək.
Ağ Evdən verilən məlumata görə, sammitə vençur kapitalisti və Ağ Evin “kripto çarı” Devid Saks rəhbərlik edəcək. Ancaq sammiti işçi qrupunun icraçı direktoru Bo Hynes idarə edəcək.
Tədbirin məqsədi konkret tənzimləyici bazaları təmin etmək, innovasiyaları təşviq etmək və iqtisadi azadlığı qorumaqdır.
Sammitdə həmçinin, ABŞ Prezidenti Donald Tramp çıxış edəcək.
Qeyd edək ki, ABŞ prezidenti vəzifəyə gəldikdən qısa müddət sonra Ağ Evə rəqəmsal aktivlər siyasəti ilə bağlı məsləhət verəcək işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.