PKK atəşkəs elan etdi


Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) həbsdə olan lideri Abdullah Öcalanın silahı yerə qoymaq çağırışından sonra bəyanat yayıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, terror təşkilatı Abdullah Öcalanın çağırışına əməl edəcəklərini və atəşkəslə razılaşaraq onu həyata keçirəcəklərini bildirib.
“Biz Öcalanın çağırışı və onun məzmunu ilə razıyıq. Biz öz tərəfimizdən bu çağırışın tələblərinə əməl edəcəyimizi və yerinə yetirəcəyimizi bəyan edirik. Bu gündən etibarən qüvvəyə minən atəşkəs elan edirik”, - PKK-nın bəyanatında qeyd edilib.
Qeyd edək ki, fevralın 27-də Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan müraciətdə silahı yerə qoymaq çağırışı yer alıb.
“Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - Öcalanın müraciətində qeyd edilib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top