
Bitkoinin qiyməti 10 noyabr 2024-cü ildən bəri ilk dəfə ticarət zamanı 80 min dollardan aşağı düşüb.
Yeniavaz.com xəbər verir ki, bunu “Binance” platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 06:44-ə olan məlumata görə, bitkoinin qiyməti 6,08% ucuzlaşaraq, 75,555 min dollar olub.
Lakin Bakı vaxtı ilə saat 07:00-da kriptovalyutanın qiymətinin ucuzlaşması yavaşlayıb və 80,786 min dollar (4,63%) olub.
Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 2024-cü il dekabrın 17-də 108,353 min dollara qədər yüksələrək bütün dövrlərin ən yüksək həddinə çatmışdı.
Xatırladaq ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradılıb. Bitkoinin populyarlığı son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz