“Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır” – Starmer


“Böyük Britaniya hökuməti münaqişənin həlli çərçivəsində Ukraynada sülhün təmin edilməsi üçün quru və hava qoşunlarını göndərməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransında bildirib.
Eyni zamanda o qeyd edib ki, Böyük Britaniya və ABŞ münaqişənin həlli məqsədi ilə Ukraynadakı Avropa hərbi kontingenti üçün Amerikanın təhlükəsizlik təminatlarını müzakirə etməyə davam edəcəklər.
Starmer vurğulayıb ki, o, Ukrayna ilə bağlı “yaxşı razılaşma əldə etmək” üçün Trampla işləmək niyyətindədir.
“Biz bu gün sərt və ədalətli olacaq sülh planını müzakirə etdik”, - baş nazir əlavə edib.
O, Trampın vəzifəyə gəlişi ilə Ukraynada və bütün dünyada yaxşı qarşılanacaq tarixi sülh razılaşmasına nail olmaq fürsətinin olduğuna diqqət çəkib.
Britaniya hökumətinin başçısı, həmçinin xatırladıb ki, 2025-ci ildə London Kiyevə ən böyük maliyyə yardımı paketi verəcək. Sözügedən məbləğ 4,5 milyard funt sterlinqdir (5,7 milyard dollar), bunun 3 milyard funt-sterlinqi müdafiə büdcəsindən, digər 1,5 milyard funt-sterlinq isə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən istifadə etməklə kredit kimi veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top