
Şahmat üzrə 10-cu dünya çempionu Boris Spasski 89 yaşında Moskvada vəfat edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Şahmat Federasiyası məlumat yayıb.
“Böyük şəxsiyyət dünyasını dəyişdi; şahmatçı nəsillər onun oyunlarından və işindən öyrəndi və öyrənməkdə davam edir. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, - məlumatda bildirilib.
Qeyd edək ki, Boris Spasski 1969-cu ildə dünya çempionu titulunu qazanıb. Moskvada keçirilən görüşdə o, Tiqran Petrosyana 12,5:10,5 hesabı ilə qalib gəlib. 1972-ci ildə Spasski Reykyavikdə amerikalı Robert Fişere uduzaraq (8,5:12,5) titulunu qoruya bilməyib.
1966-cı ildə Spasski ilk dəfə dünya şahmat tacı uğrunda görüşdə oynamaq hüququ qazansa da, Petrosyana uduzub (11,5:12,5).
Spasski ikiqat SSRİ çempionu olub (1961, 1973). SSRİ yığma komandasının tərkibində altı dəfə Ümumdünya Şahmat Olimpiadasının qalibi olub, bir dəfə gümüş medal qazanıb.
1972-ci ildə Spasski Fransaya mühacirət edib və bu ölkə üçün üç dəfə Ümumdünya Şahmat Olimpiadalarında iştirak edib. 2012-ci ildə Rusiyaya qayıdıb və 2013-cü ildə Fransa vətəndaşlığını saxlamaqla Rusiya vətəndaşlığını alıb.
Tətbiqimizi yükləyə bilərsiniz