Mahir “Nürnberq”dən gedir?

mahir emrelinin 75 dəqiqə meydanda olduğu oyunda komandası bərabərə qalıb
“Son bir neçə gündə mənim haqqımda çoxlu fərziyyələr oldu, ona görə də şəxsən sizə müraciət etmək və hər hansı çaşqınlığı aradan qaldırmaq istərdim”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan millisinin və Almaniyanın “Nürnberg” klubunun futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında yazıb.
“Mən “Nürnberg” üçün oyunçu olaraq qalacağam və qarşıdan gələn anları həm meydanda, həm də meydandan kənarda gözləyirəm”, - Emreli deyib.
Futbolçu qeyd edib ki, əsas məqsədi komanda üçün ən yaxşısını etməkdir:
““Nürnberq” özümü xoşbəxt hiss etdiyim yerdir və çox işləməyə davam etmək üçün yüksək motivasiyam var”.
Qeyd edək ki, son günlər sosial şəbəkədə Mahir Emrelinin “Nürnberg”dən ayrılacağı barədə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top