
Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, iclasda QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılarının namizədliyini təqdim edib.
Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlu səsverməyə çıxarılaraq sözügedən bölgələrdən qazı vəzifəsinə seçiliblər.