Ramazan ayının başlaması ilə bağlı fətva verilib


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.
Yeniavaz.com
xəbər verir ki, fətvaya əsasən, Ramazan ayının ilk günü martın 1-ə təsadüf edəcək.
Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.
“Bu ilki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcəkdir. Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir”, - fətvada bildirilir.
Həmçinin o da qeyd olunub ki, Ramazan bayramı hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcək:
“Müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top