“Liverpul” Lukmanı Salahın yerinə istəyir


““Liverpul” bu yay “Atalanta”nın 27 yaşlı vingeri Ademola Lukmanı transfer etməyi düşünür”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky Sport.ch”in jurnalisti Saşa Tavolyeri məlumat yayıb.
Mənbənin məlumatına görə, mersisaydlılar nigeriyalı futbolçunu 32 yaşlı cinah hücumçusu Məhəmməd Salahın əvəzləyicisi kimi görürlər. Lukmanın ətrafı artıq “Liverpul”la əlaqələr qurub. Hücumçuya “Arsenal” və Səudiyyə Ərəbistanı klublarının da maraq göstərdiyi vurğulanır.
Qeyd edək ki, bu mövsüm Lukman bütün turnirlərdə 29 oyun keçirib, 17 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top