Paşinyanın mətbuat katibinin evi qarət edildi – KİV


Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın İrəvandakı evi qarət edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Bildirilir ki, hadisə bir neçə gün əvvəl baş verib və oğrular evdən külli miqdarda pul oğurlayıblar.
Məlumata görə, ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları oğurluqda iştirak etdikləri iddia edilən dəstə üzvlərini saxlayıblar.
Nəşrin məlumatına görə, saxlanılan şəxslər paytaxt və rayonlarda digər məmurların da evlərini qarət ediblər.

DİGƏR XƏBƏRLƏR

Top