Zelenski Trampla bu tarixdə görüşəcək


Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü, fevralın 28-də ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, iki dövlətin liderləri Ukraynada faydalı qazıntıların çıxarılmasına dair saziş layihəsini müzakirə edəcəklər.
Agentlik qeyd edir ki, onun şərtləri rəsmilər tərəfindən razılaşdırılıb.
Ancaq Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top