Messidən avtoqraf alan hakimin cəzası məlum oldu


Argentinalı hücumçu Lionel Messidən avtoqraf alan futbol hakimi Marko Antonio Ortis Nava 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
İnsident Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Assosiasiyaları Konfederasiyasının (KONKAKAF) Çempionlar Kubokunun birinci mərhələsi çərçivəsində keçirilən “İnter Mayami” - “Kanzas Siti” matçından (1:0) sonra baş verib.
Belə ki, Ortis Nava oyundan sonra Messiyə yaxınlaşıb və əlil qohumu üçün avtoqraf istəyib.
KONKAKAF daha sonra meksikalı hakimə qarşı intizam tədbiri görüldüyünü açıqlayıb.
Qərara görə, qayda pozuntusu təkrarlanarsa, Ortis Nava qeyri-müəyyən müddətə diskvalifikasiya olunacaq.
Digər tərəfdən, hakim yalnız KONKAKAF-ın himayəsində olan oyunlardan kənarlaşdırılıb. Onun Meksika çempionatının oyunlarını idarə etməsi üçün heç bir maneə yoxdur.
Qeyd edək ki, “İnter Mayami” - “Kanzas Siti” matçında yeganə qolu Messi vurub.

DİGƏR XƏBƏRLƏR

Top