
ABŞ Prezidenti Donald Tramp ölkəyə səfər edən Fransa Prezidenti Emmanuel Makronu Ağ Evin önünə qarşılamağa çıxmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər yayılıb.
Videodan görünür ki, Makron avtomobilindən düşür, toplaşan jurnalistlərə əl yelləyir və təkbaşına binaya daxil olub.
“Emmanuel Makron Ağ Evə gəldikdən sonra Tramp onu rəsmi qəbul etmədi. Bu, Fransanın Vaşinqton üçün əhəmiyyəti haqqında təsəvvür yaradır”, - RFI jurnalisti Devid Tompson sosial şəbəkə hesabında yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz