
Polşanın “Radomyak” klubu yeni transferini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.
Məlumata görə, Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Radomyak”ın yeni oyunçusu olub.
Onunla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.
25 yaşlı forvard Almaniyada anadan olub. Əslən azərbaycanlı olan Dadaşov keçmişdə alman gənclər futbolunda uğurla çıxış edib. Belə ki, o, Almaniyanın gənclər komandalarını təmsil edib. Dadaşov 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında medal qazanıb. O, 1/4 finalda yeganə qolu vuraraq yarımfinala vəsiqəni təmin edib. Dadaşov, yarımfinalda da qol vurub, ancaq bu qol kifayət etməyib.
Azərbaycan millisinin heyətində o, 34 oyuna çıxıb və 4 dəfə fərqlənib.
25 yaşlı futbolçunun uğurlu beynəlxalq karyerası olub. O, Almaniya, İngiltərə, Portuqaliya, İsveçrə və son olaraq Türkiyə meydançalarında təcrübə toplayıb.
Belə ki, futbolçu “Ayntraxt Frankfurt”, “Eştoril”, “Vulverhempton Vonderers”, “Pasuş de Ferreyra”, “Ankaragücü” kimi klublarda çıxış edib. Onun ən son klubu “Ankaragücü” olub. O, 20 fevral 2025-ci ildə klubla müqaviləsini ləğv edib.
Qeyd edək ki, “Radomyak” onun karyerasında səkkizinci böyük klubu olacaq.
Xatrladaq ki, Polşa klubunun heyətində Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.
Tətbiqimizi yükləyə bilərsiniz