
Bu gün Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, iki ölkə liderləri arasında söhbət Pekin vaxtı ilə günorta baş tutub.
Putin telefon danışığında Si Cinpinə Rusiya və ABŞ arasındakı son təmaslar barədə məlumat verib. Si Cinpin isə öz növbəsində Rusiya və ABŞ arasında başlayan dialoqu dəstəklədiyini, həmçinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına köməklik göstərməyə hazır olduğunu bildirib.
Putin və Si Cinpin arasında uzunmüddətli telefon danışığı zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Həmçinin iqtisadiyyat və ticarət, investisiya, mədəniyyət, təhsil və idman sahələrində qarşılıqlı faydalı əməkdaşlıq da müzakirə edilib.
Tərəflər Rusiya-Çin əlaqələrinin güclü hərəkətverici qüvvəyə və unikal strateji dəyərə malik olduğunu qeyd ediblər.
Tərəflər həmçinin vurğulayıblar ki, Rusiya-Çin münasibətləri dünyada stabilləşdirici rol oynayır və üçüncü tərəfə qarşı yönəlməyib.
Putin və Si Cinpin faşizm üzərində Qələbənin 80-ci ildönümü üçün müvafiq olaraq Pekinə və Moskvaya səfər etməyi qarşılıqlı planlarını təsdiqləyiblər.
Tətbiqimizi yükləyə bilərsiniz