Prezident Yaponiya İmperatorunu təbrik etdi


Prezident İlham Əliyev Yaponiya İmperatoruna Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top