Bərdədə yas mərasimində kütləvi zəhərlənmə oldu


Bərdədə yas mərasimində kütləvi zəhərlənmə olub.
Yeniavaz.com
xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.
Nəticədə 15 nəfərə yaxın şəxs ürəkbulanma, halsızlıq şikayətlərilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlardan 14-ü evə buraxılıb. 1 nəfər həkim nəzarətindədir.
Əldə etdiyimiz məlumata görə, yas mərasiminə gələnlər dəm qazından zəhərləniblər.

Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top