Ukraynada deputat prezidentliyə namizədliyini irəli sürdü


2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifətçi deputatı Oleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürdüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.
“Mən, 1981-ci il təvəllüdlü, Kiyevdən olan Oleksandr Dubinski Ukrayna prezidenti vəzifəsinə namizədliyimi irəli sürürəm”, - o, qeyd edib.
Dubinski vəd edib ki, seçiləcəyi təqdirdə xarici siyasət, iqtisadi inkişaf modeli kimi məsələlər üzrə referendum keçirəcək.
Dubinski əlavə edib ki, o, hərbi əməliyyatların danışıqlar yolu ilə dayandırılmasının tərəfdarıdır.
Qeyd edək ki, Dubinksi 2024-cü ilin noyabrında dövlətə xəyanət ittihamı ilə həbs edilib və hazırda Kiyevdə istintaq təcridxanasında saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top