
HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın nümayəndəsi Əbu Ubayda Qəzza zolağında saxlanılan və fevralın 22-də azad edilməli olan girovların siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Ubayda siyahını teleqram kanalında dərc edib.
Siyahıda 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı girov götürülən Eliya Koen, Ömər Şem-Tov, Ömer Venkert və Tal Şoham, həmçinin 2014 və 2015-ci ildən anklavda olan Avera Mengistu və Hişam əl-Sayyed də var.
Qeyd edək kİ, yanvarın 15-də Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bəyan edib ki, İsrail və HƏMAS Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində Qəzzada saxlanılan girovların azad edilməsi və anklavda atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Üç mərhələni əhatə edən saziş yanvarın 19-dan qüvvəyə minib. Bu günə kimi sağ qalan 19 girov İsrailə qayıdıb.