
Qara dənizdə iki yük gəmisi toqquşub.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, insident bu gün səhər saatlarında baş verib.
Məlumata görə, Novorossiyk limanında fırtına zamanı “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.
Hadisə nəticəsində “Beqoniya” gəmisinə cüzi ziyan dəyib və lövbər zənciri qopub.
İlkin məlumata görə, xəsarət alan olmayıb.
Hadisə nəticəsində suya sızma qeydə alınmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz